"Qara siyahı"da olan Viktoriya Nuland Moskvaya gəldi

Hazırda oxunan: "Qara siyahı"da olan Viktoriya Nuland Moskvaya gəldi

41110

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya gəlib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yüksək rütbəli amerikalı diplomat günortadan sonra Domodedovo hava limanına gəlib. Onu ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan qarşılayıb.

Nuland oktyabrın 11-dən 13-dək paytaxtda qalacaq. Onun xarici işlər nazirinin müavini Sergey Ryabkov və digər yüksək rütbəli rəsmilərlə görüşləri planlaşdırılır. Kreml Administrasiyası rəhbərinin müavini Dmitri Kozakla da görüş nəzərdə tutulub.

Dövlət Departamenti səfər proqramını təfərrüatını açıqlamayıb və yalnız Nulandın ikitərəfli, regional və qlobal gündəmdəki problemləri müzakirə etməyi planlaşdırdığını söyləyib.

Daha əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səfərin təşəbbüsünün Amerika tərəfi olduğunu demişdi.
 

Viktoria Nuland ABŞ hökumətinin Rusiya və keçmiş SSRİ ölkələri üçün əsas mütəxəssislərindən biri hesab olunur. Əvvəllər bu sahəyə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi kimi nəzarət edirdi.


2019-cu ildən etibarən Nuland Moskvanın "qara siyahısı"nda olub, lakin Moskva rusiyalılardan birinə sanksiyaların ləğv edilməsi müqabilində onun gəlməsinə razılıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin