Bizim.Media xəbər verir ki, Gürcüstan mətbuatında Ermənilərin Qarabağın “Toy otağı” olan Ağdamı necə viran etməsi ilə bağlı görüntülər yayılıb.
Gürcüstanın “The Caucasian Telegraph” agentliyinin yaydığı görüntüdə 30 il öncəki və sonrakı kadrlar yer alıb.
Agentlik müqayisəli şəkildə hazırladığı video-çarxda əvvəlcə Ağdamın abad bir şəhər olduğunu görmək mümkündür.
“The Caucasian Telegraph” agentliyi bu görüntüləri yaymaqda məqsədi güllük-gülüstan olan bir şəhərin 30 il müddətində ermənilər tərəfindən necə xarabalığa çevirildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.
Bizim.Media