“Hər iki bayram günü həm 28 may, həm də 18 oktyabr tarixləri qeyri-iş günü elan olunsun”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclis zamanı çıxışı zamanı deputat Əli Məsimli deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ
O, bildirib ki, hər iki tarix Azərbaycan xalqı üçün çox dəyərlidir.
Qeyd edək ki, hazırda Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi gedir. Qanun layihəsinin qəbulundan sonra 28 may – Müstəqillik Gününün qeyri-iş günü, 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün isə iş günü olacağı nəzərdə tutulur.
Vüsalə Balayeva, Bizim.Media