Azərbaycan Milli Məclisinin (MM) plenar iclası başlayıb.
Bizim.Media xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan edib. Milli Məclisin spikeri oktyabrın 7-9-da Slovakiya səfəri barədə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ
Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 2 məsələ daxildir.
1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.
Vüsalə Balayeva, Bizim.Media