İran rəsmilərindən etiraf: “Uşaqlar pis qidalanırlar” – FOTO

Hazırda oxunan: İran rəsmilərindən etiraf: “Uşaqlar pis qidalanırlar” – FOTO

41018

İran Səhiyyə Nazirliyindən verilən açıqlamada Sistan və Bəluçistan vilayətində uşaqların arıqlama göstəricisinin 6%-dən 12 faizə yüksəldiyi bildirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran” “Telegram” kanalı yayıb.

Mənbə yazır ki, İran Səhiyyə Nazirliyi yanında Qida Sağlamlığı İdarəsinin rəisi Zəhra Abdullahi deyib ki, ölkədə bahalaşma, inflyasiya və pandemiya nəticəsində uşaqlar zəif qidalanırlar:

“Bu hal əsasən bir neçə vilayətdə, o cümlədən Sistan və Bəluçistan, Hormozqan, Kerman, Cənubi Xorasan və Xuzistanda müşahidə edilir”.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin