Qaribaşvili İrəvana səfərinin bəzi detallarını açdı - Cənubi Qafqaza SÜLH GƏLİR?

Hazırda oxunan: Qaribaşvili İrəvana səfərinin bəzi detallarını açdı - Cənubi Qafqaza SÜLH GƏLİR?

40992

İrəvana səfəri zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri ilə Cənubi Qafqazla bağlı sülh təşəbbüsünü müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, öz Twitter səhifəsində məlumat verib.

Qaribaşvili erməni həmkarı ilə danışıqların məhsuldar olduğunu qeyd edib.

"Biz ikitərəfli əməkdaşlığı, Cənubi Qafqazda yeni sülh təşəbbüsünü, Gürcüstanın bölgədə davamlı sülh və inkişaf üçün böyük imkanlar yaratmaq üçün aktiv vasitəçiliyə hazırlığını müzakirə etdik", - Gürcüstanın baş naziri bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan və Ermənistan Baş nazirləri görüşdü - VİDEO


Qaribaşvilinin İrəvana səfərinin bəzi təfərrüatları Gürcüstan hökumətinin mətbuat xidməti tərəfindən də açıqlanıb. Press-relizdə, eyni zamanda, mehriban qonşuluq təşəbbüsünün perspektivlərindən bəhs edilib.

Bu yaxınlarda Gürcüstanın Baş naziri Ermənistanla Azərbaycan arasında danışıqlar üçün bir platforma təklif edib.

Türkiyə prezidenti Ərdoğan bildirib ki, Qaribaşvili Nikol Paşinyanın görüş təklifini ona çatdırıb.

Xatırladaq ki, Qaribaşvili sentyabrın 29-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Daha əvvəl Gürcüstan hökumətinin başçısı səfər zamanı əsas müzakirə mövzusunun "sülh qonşuluq təşəbbüsü" olacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin