İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, İran Rusiya və Çindən asılı olmaq niyyətində deyil və bu ölkələrlə münasibətləri qarşılıqlı maraq əsasında inkişaf etdirəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ISNA agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
İran DİLİ – Tehranın çıxış yolları tükənir...
"Əlbəttə ki, biz özümüzü Çin və Rusiyaya bağlamaq istəmirik, ancaq xarici siyasətimizi qarşılıqlı maraqlar əsasında aparacağıq", deyə nazir qeyd edib.
İranlı nazirin sözlərinə görə, "balanslaşdırılmış xarici siyasətin əsas xüsusiyyətlərindən biri prioritet sahələri nəzərə almaqla Tehranın milli maraqları üçün hər fürsətdən istifadə etməkdir".
Bizim.Media