Çavuşoğlundan Cozef Baydenin iddialarına CAVAB – “Türkiyəni ittiham etməkdənsə…” 

Hazırda oxunan: Çavuşoğlundan Cozef Baydenin iddialarına CAVAB – “Türkiyəni ittiham etməkdənsə…” 

0:00
0:00
40870

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu venesuelalı həmkarı ilə keçirdiyi mətbuat konfransında ABŞ prezidentini yanlış siyasətdən əl çəkməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, M.Çavuşoğlu jurnalistin ABŞ Prezidenti Cozef Baydenin Konqresə ünvanladığı məktubla bağlı sualını belə cavablandırıb: 

“ABŞ hakimiyyəti Konqresə məktub göndərərkən, yaxud Amerika xalqını məumatlandırarkən doğrunu söyləmir.

ABŞ Türkiyəni ittiham etməkdənsə, yürütdüyü yanlış siyasətdən əl çəksin. Bu, köçür-yapışdır kimi bir məktubdur. Əvvəllər də belə bəyanatlar olub. ABŞ terrorçu PKK ilə YPG arasında fərqin olmadığını çox yaxşı bilir. Ancaq Suriyadakı bu terror qruplaşmasına çox yaxşı dəstək verir. ABŞ qanunlarına görə isə bu cinayətdir. ABŞ-ın Suriyada olmasında əsas hədəfinin İŞİD-ə qarşı mübarizə olmadığını bilirik. İŞİD-ə qarşı dünyada mübarizə aparan yeganə qüvvə bizim ordumuzdur”. 

Qeyd edək ki, ABŞ qüvvələrinin Suriyada qalma müddətinin uzadılması ilə bağlı Konqresə müraciət göndərib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin