Çavuşoğlu: “Türkiyə atəşkəsi monitorinq edəcək”

Hazırda oxunan: Çavuşoğlu: “Türkiyə atəşkəsi monitorinq edəcək”

4087

Türkiyə hər zaman Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll yolunu dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox vacib oldğunu vurğulayıb:

“1990-cı illərin əvvəllərindən bəri Azərbaycanın torpaqlarının 20 faizinin qanunsuz işğalına “dondurulmuş münaqişə” kimi yanaşıldı. Lakin baş verən son hadisələr münaqişənin dondurulmadığını, istənilən anda alovlana biləcəyini göstərdi.

Biz Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə bəyanatı dəstəklədik”.

Çavuşoğlu bildirib ki, Azərbaycanın istəyi ilə Türkiyə regionda sülhü qorumaq və atəşkəsi monitorinq etmək üçün öz üzərinə vəzifə götürəcək:

“Türkiyə hər zaman Azərbaycanın yanında olmaqla yanaşı, regional əməkdaşlığı da dəstəkləyir,-deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin