Şair Qəşəm Nəcəfzadənin oğlu Kəramətlə bağlı ürəkdağlayan FƏRYADI - FOTO 

Hazırda oxunan: Şair Qəşəm Nəcəfzadənin oğlu Kəramətlə bağlı ürəkdağlayan FƏRYADI - FOTO 

40866

Şair Qəşəm Nəcəfzadə alkoqol asılılığından əziyyət çəkən oğlu, yazıçı Kəramət Böyükçölə ithafən şeir yazıb.  

Bizim.Media xəbər verir ki, şair bu şeiri “Facebook” hesabında yayımlayıb. 

Qeyd edək ki, spirtli içki aludəçiliyi ilə tanınan Kəramət Böyükçöl bir neçə gün əvvəl Narkoloji Dispanserə yerləşdirilib. 

Atasının ona həsr etdiyi şeiri təqdim edirik: 
 
Yuxulardan oyanmaq... 

Anana demişəm, 

Pişık çırmaqlayan dizindən danışmasın. 

Əmziyini xatırlatmasın, 

Qolundakı xalını yadıma salmasın... 

Doğum evində demişdim ki, 

Körpəmiz dəyişik düşər. 

Demişdi, qolunda qara xalı var, qorxma... 

Bəs böyüyəndə, 

Sən kimlə dəyişik düşdün, oğlum? 

İndi deyirəm o xalı 

Yaddaşımdan pozsun. 

Bütün xatirələrini 

Birdəfəlik büküb 

Palazın alta qoysun. 

Mənə 

Bir dənə xatirəni göstərməsin. 

Işə bax, 

Göbəyin quruyub düşəndə 

İlk kitabımın arasına qoymuşammış... 

Bu axşam anan göstərdi mənə. 

Süd dişini hələ də saxlayırammış, 

Yapışıb kitabın son vərəqinə. 

Evdə atıla –atıla yeriyərdim ki, 

Ayaq izlərini əzməyim. 

Şirin yuxulardan oyanıram ki, 

ləzzətlə səni gözləyim. 

Evimiz elə böyükdü ki, 

Anan məni axtarır evdə. 

Oyuncağı olmayan uşaqlara bənzəyirik, 

Yuxuya gedirik, hərəmiz bir güncdə. 

Gəlib indi görsən, ağlarsan 

Səpmişik evə sənin uşaqlıq şəkillərini, 

Şəkillərlə oynaya – oynaya 

Yuxu bizi aparıb... 

Göbəyin və süd dişin ananın əllərində 

Balaca süd şüşəsi yırğalanır sinəmdə...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin