Bank dələduzları niyə yaxalanmır? – DİN-dən RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Bank dələduzları niyə yaxalanmır? – DİN-dən RƏSMİ AÇIQLAMA - FOTO

40832

Son günlər bank dələduzlarının vətəndaşlara etdikləri virtual zənglərlə bağlı şikayətlərin ardı-arası kəsilmir. Artıq tanınmış və üzdə olan şəxslər də bu dələduzların hədəfinə tuş gəldikləri barədə sosial şəbəkələrdə paylaşım edirlər. 

Mobil operator nömrəsindən özünü bankın nümayəndəsi kimi təqdim edən şəxs vətəndaşlara zəng edərək onlara mesaj gəldiyini əsas gətirərək guya bank hesabında aşkarlanan problemə görə kartın nömrəsi və PİN kodunu istəyirlər. Bəziləri bu mesaja inanaraq şəxsi məlumatlarını qarşı tərəfə ötürür.

Nəticədə kart hesablarından vəsait oğurlanır. Aldanan vətəndaşların dediyinə görə bu fırıldaqçılıqda daha çox “Kapital” bankın adından istifadə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdən gələn zənglərlə bağlı əhaliyə DİN-DƏN XƏBƏRDARLIQ - FOTO


Bu dəfə hədəfə Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov, Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Rüstəmova və Kult.az, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov gəlib. Maraqlıdır ki, hər üçünə 0515551095 nömrədən “Watsaapp” zəngi gəlib, kartlarının məlumatları istənilib, alınmayanda isə təhqir ediliblər. 
 

Bundan əvvəlki yazılarımızda da eyni nömrədən hədəflənən çoxsaylı vətəndaşların şikayətlərini dərc etmişdik. Bank təmsilçiləri də bu barədə məlumatlıdır və  terminal və bankomatlarda bu haqda müştərilər xüsusi əlavə ilə xəbərdarlıq da edilirlər. 


Amma bu nömrənin sahibi hələ də öz fırıldaqçılğını davam etdirir. Nömrəyə zəng edib əlaqə saxlamaq cəhdimiz isə boşa çıxdı. Telefon artıq söndürülüb. 

Maraqlı olan isə odur ki, bu cür fırıldaqçılara qarşı bank özü də susur. Müştərilərə xəbərdarlıqdan başqa hər hansı addım atılmayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı onlara da kifayət sayda müraiətlərin daxil olduğunu bildirib.

O, vətəndaşları bir daha ayıq-sayıq olmağa və bank kartları ilə bağlı məlumatları üçüncü şəxslə bölüşməməyə çağırıb:

“Daxil olan bütün müraciət xarakterli şikayətlər nəzarətə götürülməklə araşdırmaları davam etdirilir. Vətəndaşlara tövsiyə edirik ki, xüsusən bank kart sahibi olan şəxslər onlara hansısa nömrlərdən daxil olan tanımadığı şəxslərə bank kart, eləcə də əlavə məlumatlar verməsinlər”, - deyə DİN rəsmisi bildirib.

Alçina Amilqızı Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin