“Yaxşı oğlanın anası 2-ci dəfə evlənməz” deyən dostunu ÖLDÜRDÜ - TƏFƏRRÜAT 

Hazırda oxunan: “Yaxşı oğlanın anası 2-ci dəfə evlənməz” deyən dostunu ÖLDÜRDÜ - TƏFƏRRÜAT 

40824

Bu ilin yanvarında Şəmkirdə həmyaşıdını bıçaqlayaraq öldürən 17 yaşlı yeniyetmənin cinayət işi ilə bağlı detallar bəlli olub. 

Bizim.Media xəbər verir ki, iş üzrə aparılan məhkəmə araşdırmasında məlum olub ki, Rəvan Hüseynov tanışı Əhliman Tağıyevi anasının ünvanına dediyi ifadələrə görə öldürüb. 

Belə ki, Rəvanın anası ikinci dəfə ailə qurubmuş. Ə.Tağıyev R.Hüseynovla ortaq dostlarına “Rəvanla dostluq etmək məsləhət deyil”, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz”, “Rəvana salam verən mənə salam verməsin” kimi sözlər deyib.

Bunu öyrənən Rəvan Hüseynov Əhliman Tağıyevi bıçaqlayaraq öldürüb. 

Qeyd edək ki, R.Hüseynov hadisəni törədərkən 17 yaşında olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin