“Instagram” və “Facebook” sosial şəbəkələrinin işində fasilələrə səbəb olan problemlər həll edilib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin “Twiter” səhifəsində məlumat verilib.
"Son bir neçə saat ərzində sosial şəbəkələrimizə daxil ola bilməmisinizsə üzr istəyirik. Problemi həll etdik, bu həftə səbr etdiyiniz üçün bir daha təşəkkür edirik", - deyə, qeyd olunub.
“Downdetector” xidmətinin məlumatına görə, bütün dünyada istifadəçilər “Instagram” və “Facebook” sosial şəbəkələrinin işində fasilələrdən şikayətləniblər.
Bizim.Media
We’re so sorry if you weren’t able to access our products during the last couple of hours. We know how much you depend on us to communicate with one another. We fixed the issue — thanks again for your patience this week.
— Facebook (@Facebook) October 8, 2021