Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 755 milyonu ötdü

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 755 milyonu ötdü

40809

2021-ci ilin yanvar-avqustda Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 755,1 milyon dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Aqrar-Sənaye Kompleksinin İxracın İnkişafı Mərkəzi məlumat verb.

Hesabata əsasən, 2021-ci ilin yanvar-avqustda Rusiyanın Azərbaycana ixracı 4,7 faiz azalaraq 390,1 milyon dollar, Azərbaycandan idxal isə 0,8 faiz artaraq 365 milyon dollar təşkil edib. 

Hesabat dövründə Rusiya Azərbaycandan xurma idxalını 2,2 dəfə, şaftalı idxalını 2,8 dəfə, kartof idxalını 24,6 faiz artırıb, pomidor ixracını 22,8 faiz, gilas və albalı idxalını 36,1 faiz, fındıq idxalını isə 8,4 faiz azaldıb.

Eyni zamanda, Rusiya Azərbaycana şəkər ixracını 39,5 milyon dollar, taxıl ixracını 18,1 milyon dollar, kartof ixracını 5,2 milyon dollar artırıb, günəbaxan yağı ixracını 23,8 milyon dollar, şokolad məmulatlarını 3,9 milyon dollar azaldıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin