Milli Məclisin sədri Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Slovakiya spikerlərinin görüşündən sonra birgə brifinq keçirilib.
Bizm.Media xəbər verir ki, Milli Məclisin sədri bildirib ki, Azərbaycan parlament nümayəndə heyətinin Slovakiyaya səfəri uğurla davam edir.
Spiker qeyd edib ki, bu, Milli Məclisin sədri səviyyəsində Slovakiyaya ilk rəsmi səfərdir:
MÖVZU İLƏ BAĞLI:
Sahibə Qafarova Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa ÇAĞIRDI
Sahibə Qafarova jurnalistlərin diqqətinə çatdırıb ki, Azərbaycan Avropa İttifaqı ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır.
O, Milli Şuranın sədri Boris Kollarla görüşündə qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşdüklərini deyib.
Spiker nəzərə çatdırıb ki, parlamentlərarası münasibətlərin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına, Azərbaycan həqiqətlərinin Slovakiya ictimaiyyətinə, Slovakiyada baş verən proseslərin Azərbaycan ictimaiyyətinə obyektiv çatdırılmasında əhəmiyyətli rol oynaya bilər.
Bizim.Media