ABŞ-ın qaz ittihamına Rusiyadan CAVAB – “Şantajçı özünsən”

Hazırda oxunan: ABŞ-ın qaz ittihamına Rusiyadan CAVAB – “Şantajçı özünsən”

40747

“Rusiya heç vaxt enerji resurslarından siyasi və ya digər formada təzyiq silahı kimi istifadə etməyib”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin sözcüsü Dmitri Peskov ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın açıqlamasına cavab olaraq bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Rusiyanın Avropaya qaz tədarükü öhdəliklərini tam yerinə yetirdiyini və bunun avropalıların özləri tərəfindən də etiraf edildiyini vurğulayıb:

“Ən yüksək səviyyədə də bildirilib ki, Rusiya bu cür dalğalanmalara qarşı rəqabətsiz bir amortizator olan yeni müqavilələrin bağlanması mövzusunu tez bir zamanda müzakirə etməyə hazırdır".

Dmitri Peskov da öz növbəsində kommersiya məqsədli enerji layihələri ilə əlaqədar olaraq sanksiyalarla daim təhdid edən tərəfin ABŞ olduğunu deyib. Onun sözlərinə görə, Vaşinqton enerji mövzusunu "siyasi və ticari şantaj" olaraq istifadə edir.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan BBC -yə verdiyi müsahibəsində Rusiyanın enerjidən "məcburetmə aləti və siyasi silah olaraq" istifadə etdiyini bildirib. Onun sözlərinə görə, Moskva bu aləti Avropa qaz bazarındakı vəziyyətlə əlaqədar istifadə etmək qərarına gəlsə, səhv edəcək. 

O, Rusiyanın qaz tədarükündə Avropanın bazar tələblərinə cavab verməli olduğunu bildirib.

Onu da əlavə edək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin “Gəlin, Avropaya qaz tədarükünü artırmaqla bağlı düşünək” açıqlamasından sonra Avropada sürətlə yüksələn təbii qaz qiymətlərinin enişi başlanıb.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin