Ermənilərin Bərdəni ağır artilleriyadan atəşə tutmasından bir il ötür - FOTO 

Hazırda oxunan: Ermənilərin Bərdəni ağır artilleriyadan atəşə tutmasından bir il ötür - FOTO 

40672

Vətən müharibəsində Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il keçir. 

Bizim.Media xəbər verir ki, düşmənin “Toçka-U” kompleksindən atəşi nəticəsində mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib, yaralananlar olub.

Şəhərin, kəndlərin ağır artilleriya qurğularından atəşə tutulması erməni barbarlığının sübutudur. 

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin