Ceyhun Bayramov səfir Vasile Soareni ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov səfir Vasile Soareni ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO

40617

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın ölkəmizə yeni təyin olunan səfiri Vasile Soareni qəbul edib. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Rumıniya arasında mövcud olan sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərini qeyd edən nazir, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi potensialını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək


Daha sonra işğal faktorunun aradan qaldırılması ilə Ermənistan ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğu və bunun üçün ilk növbədə, üçtərəfli bəyanatların icrasına tam riayət olunması, kommunikasiyaların açılışı, habelə delimitasiya prosesinə başlanılmasının vacib olduğu vurğulanıb.

Səfir Vasile Soare iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə istinad edərək, bu münasibətləri həqiqi tərəfdaşlıq kimi dəyərləndirib.

O, ikitərəfli münasibətlərin əsasında beynəlxalq hüququn ərazi bütövlüyünə hörmət prinsipinin dayandığını və bunun Rumıniyanın prinsipial mövqeyi olduğunu bildirib.
 

Səfir iki ölkə arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən siyasi dialoqun davam etdirilməsi, iqtisadi, energetika, bağlılıq, eləcə də mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsi perspektivlərindən bəhs edib.


Tərəflər bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini və bu xüsusda, mövcud imkanlardan tam istifadə olunması qətiyyətini ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin