Mehriban Xanlarova keçmiş ərinin həbsindən DANIŞDI 

Hazırda oxunan: Mehriban Xanlarova keçmiş ərinin həbsindən DANIŞDI 

40610

Xəbər verildiyi kimi Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib. Zaur Mahmudov illər əvvəl əməkdar artist Mehriban Xanlarova ilə evli olub və onların ailə həyatı uzun çəkməyib.

Bizim.Media-ya danışan əməkdar artist Mehriban Xanlarova keçmiş ərinin həbsindən narahatlığını ifadə edib:
 

MÖVZU İLƏ BAĞLI:

Brillyant Dadaşova bacısı oğlunun həbsindən XƏBƏRSİZDİR


“Onunla evli olmuşuq və hər şey keçmişdə qalıb. İndi bu məsələləri gündəmə gətirməyin əhəmiyyəti yoxdur. Allah onun qapısını açsın, ailəsinə isə səbir versin”, - deyə sənətçi əlavə edib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib. Lalə Dadaşova açıqlamalarından birində M.Xanlarova ilə münasibətlərinin yaxşı olduğunu, onu oğluna alarkən özünün elçi getdiyini deyib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin