Qarabağın su təhcizatı üçün tender elan olundu

Hazırda oxunan: Qarabağın su təhcizatı üçün tender elan olundu

40600

Bu gün Tikilməkdə olan Mellorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən hər birinin dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən böyük olan tender elanları verilib.

Bizim.Media dövlət satınalamalarının vahid portalına istinadən həmin tenderləri təqdim edir:

1. Mil-Qarabağ kollektorunun yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması

2. Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə-smeta sənədlərinin hazırlanması

3. Sabir kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması

4. Aşağı Muğan kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması

5. Yeni Cənubi Muğan suvarma sisteminin yenidən qurulmasının texniki- iqtisadi əsaslandırmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması (Yeni Cənubi Muğan, Köhnə Cənubi Muğan kanalı və Yeni Cənubi Muğan kanalının maşın qolu kanalları)

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin