Vətən müharibəsinin ildönümü ərəfəsində rusdilli sosial şəbəkələrdə müxtəlif saytlar və telegram kanalları vasitəsilə Azərbaycan əleyhinə təxribat və dezinformasiya xarakterli məlumatlara yer verilir.
Belə ki, 7 oktyabr tarixində Ermənistandan idarə olunduğu məlum olan telegram kanallarında (“SisMasis” və s.) Azərbaycan əsgərlərinin Ukrayna bayrağına qarşı təhqiramiz hərəkətlərə yol verildiyi iddia olunur.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin yeni planı – Marietta Vartanyandan “Hüseyn təəssübkeşi”nə - FOTO
Tamamilə dezinformasiyadan ibarət olan iddiaları gücləndirmək məqsədilə xüsusi proqramlar vasitəsilə hazırlanmış video görüntülərə yer verilib və bu görüntülərin rusdilli auditoriya üçün ardıcıl şəkildə Ermənistandan idarə olunan kanallar vasitəsilə yayımlanması təmin edilib.
Eyni gündə və eyni kanallar vasitəsilə yayımlanan digər təxribat xarakterli məlumat isə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jrinovskinin çıxışı ilə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Wikipedia-da erməniləri dayandıran olacaqmı? - Bizim.Media-dan ÇAĞIRIŞ
3 il əvvələ aid olan çıxışda Jirinovski Rusiyanın İranı tam şəkildə dəstəklədiyini bildirir. Bu informasiyanın İran və Rusiya xarici işlər nazirlərinin yaxın günlərdə reallaşan görüşü ilə eyni vaxtda düşməsi təxribatın miqyasını gözlər önünə sərir.
Xüsusilə Azərbaycan daxilində təxribat yaratmağa hesablanmış bu addımlar xüsusi qruplar tərəfindən planlaşdırılır. Bir neçə gün əvvəl sosial şəbəkələrdə özünü “hüseynçi” olaraq adlandıran çadralı xanımın müraciəti də bu qəbildəndir.
Aparılan araşdırmalar nəticəsində özünü din təəssübkeşi olaraq göstərən bu şəxsin əslində Ermənistan vətəndaşı Marietta Vartanyan olduğu müəyyən edilib.
Yerevan Dram Teatrının aktrisası olduğu və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təxribat xarakterli vdieoların hazırlanmasında yaxından iştirak etdiyi məlum olub. O, daha əvvəl də etnik zəmində narazılıq yaratmaq məqsədilə oxşar videolar yayımlayıb.
Qeyd edək ki, oktyabrın əvvəllərində bir sıra rusdilli xəbər saytlarında (avia.pro, glas.ru, discover24, infosmi.net, solenka.info) Azərbaycan və İran sərhəddində hərbi toqquşmaların başlanması ilə bağlı məlumatlar tirajlanıb. Bu cür dezinformasiyaların İranın Azərbaycanla sərhəddə hərbi təlimlərinin davam etdiyi bir vaxtda tirajlanması Azərbaycanın daxilində çağıqınlıq yaratmağa hesablanmış addım olduğu aydındır.
Azərbaycan media məkanında bir sıra saytlar və jurnalistlər tərəfindən Ermənistan mediasının davamlı sürətdə nəzarətdə saxlanıldığı və mənbə kimi istifadə etdiyi məlumdur.
Ermənistandan idarə olunan xəbər kanallarında bu cür dezinformativ məlumatların tirajlanması nəticədə düşmənin təxribat xarakteri məlumatlarının Azərbaycan media məkanında yayılmasına şərait yaradır.
Mövcud fakatları nəzərə alaraq Bizim.Media Azərbaycan cəmiyyətinə, jurnalist həmkarlarımıza, sosial şəbəkə istifadəçilərinə müraciət edir, düşmən tərəfindən tirajlanan, heç bir əsası olmayan və Azərbaycan oxucularını çaşdırmağa yönəlik bu cür informasiyaların yayımlanmasına qarşı diqqətli olmağa və bu cür təxribatlara inanmamağa səsləyirik. Məğlub düşmənin Azərbaycana qarşı dezinformaisya müharibəsinə laiqli cavab vermək üçün yalnız əsaslı və təsdiq olunmuş məlumatlardan və mənbələrdən istifadə etməyə çağırırıq.
Bizim.Media