Dubay hökmdarı keçmiş həyat yoldaşının telefonlarını “sındırdı” - DETALLAR

Hazırda oxunan: Dubay hökmdarı keçmiş həyat yoldaşının telefonlarını “sındırdı” - DETALLAR

40489

Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktum keçmiş həyat yoldaşının və onun vəkillərinin telefonlarının “sındırılmasını” əmr edib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Reuters agentliyi yayıb.

Mənbə yazır ki, Məhəmməd sabiq arvadı, İordaniya Kralı Abdullanın ögey bacısı Şahzadə Haya bint əl-Hüseynin və ətrafındakıların telefonlarını “sındırmaq” üçün İsrailin NSO firması tərəfindən hazırlanan Pegas proqramından istifadə edib.

72 yaşlı Məhəmmədin arvadı 47 yaşlı Haya uzun müddət baş verən mübahisələrdən sonra iki övladı Cəlilə və Zayedlə birlikdə Britaniyaya qaçıb.

O, bu addımı qorxduğu üçün atdığını deyib, çünki Hayanın britaniyalı mühafizəçisi ilə görüşdüyü üzə çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin