“4 çağırışdır parlamentdə oturub, 4 dəfə danışmayıb” – Söhbət hansı deputatdan gedir?

Hazırda oxunan: “4 çağırışdır parlamentdə oturub, 4 dəfə danışmayıb” – Söhbət hansı deputatdan gedir?

40421

“Təəssüf ki, bizdə müxalifət partiyaları daha çox parlamentdə yer almaq uğrunda fəaliyyət göstərirlər. Keçmiş SSRİ məkanında olan ölkələrin əksəriyyətində bu “xəstəlik” var. Bizdə də həmçinin. Çünki parlamentdə adını müxalifət qoyan elə partiyalar var ki, onlar nəinki müxalifət, hətta iqtidardan daha çox iqtidardırlar. Asim Mollazadənin partiyasıdır, Sabir Hacıyevin partiyasıdır, yəni bu tip partiyaların “dini-imanı” yoxdur. Amma bunlar parlamentdə müxalifət kimi təmsil olunur. Sabir Hacıyev 4 çağırışdır Milli Məclisdə oturub, amma hələ 4 dəfə danışmayıb. O biriləri də onun tayıdır”.

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında eks deputat Cümşüd Nuriyev səsləndirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis yeni qanun layihəsini müzakirəyə çıxarır


Siyasi ekspert bildirdi ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinin minimum 80 faizini Prezident İlham Əliyev təkbaşına həyata keçirir. Sabiq deputat spiker Sahibə Qafarovanın da işini müsbət qiymətləndirdi:

“Bəs parlamentin qalan 115 deputatı nə ilə məşğuldur? İqtidaryönümlüləri bir tərəfə qoyuram. Bu şəkildə olmaz. Partiya liderləri düşünməlidirlər. Həm də məgər Azərbaycana bu qədər partiya lazımdır? Oturub düşünsünlər və müxalifət partiyalarını sağçı, solçu, mərkəzçi – 3 qrupa bölsünlər. Digər qrup uzağı millətçilər ola bilər. Canım cəhənnəmə, olsun bir də yaşılların, hazırda dəbdə olan ekoloji problemlərlə məşğul olan partiyalar. Qalanları kimə lazımdır? Heç kəs bunları tanımır. Parlamentdə otururlar. Biri də var ki, rəhbərindən başqaları da partiyanı təmsil edir, üzə çıxarır – müxalifət partiyaları arasında bircə Ümid Partiyasını belə görmüşəm”.

Eks deputatın fikrincə, parlamentdə son nümunəyə aid partiya yoxdur:
 

“Götürək Vətəndaş Həmrəyliyi Partiyasını... Partiyanın mövqeyini parlamentdə Sabir Rüstəmxanlı deyir. Baxmayaraq ki, orada Fəzail İbrahimli də var.


Rafael Hüseynov da həmin partiyanın təmsilçisidir. Amma onlar partiyanın mövqeyi ilə çıxış etmirlər. Kimsə bu missiyanın altına girmək istəmir. Hətta Fəzail İbrahimli bütün müxalifətin parlamentdəki təmsilçisidir. Müxalif partiya kimi parlamentdə Sabir Rüstəmxanlı ilə Fazil Mustafanı görürəm. Qalanları müxalifəti layiqincə təmsil edə bilmirlər. Ona görə də bu qədər yalançı müxalifətə nə ehtiyac var? Qoy, birləşsinlər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin