Azərbaycanda rəqəmsal transformasiya prosesi SÜRƏTLƏNDİRİLİR – FOTO 

Hazırda oxunan: Azərbaycanda rəqəmsal transformasiya prosesi SÜRƏTLƏNDİRİLİR – FOTO 

40392

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və BP şirkətinin birgə təşkilatçılığı ilə “Rəqəmsallaşma: Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda onlayn formatda tədbir keçirilib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata əsasən, tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dünyada rəqəmsallaşma sahəsində baş verən dəyişikliklərin iqtisadiyyata təsirlərini qeyd edib, Azərbaycanda rəqəmsal ekosistemin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb. 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılmasında əsas məqsəd Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlardan maksimum istifadə edilməsi, ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasının təmin olunmasıdır.  

İqtisadiyyat naziri bildirib ki, ölkəmizdə rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün bir çox təşəbbüslər həyata keçirilməkdədir.

Hazırda Azərbaycanda müasir texnologiyaların tətbiqi genişləndirilir və ölkədə rəqəmsal transformasiya prosesi sürətləndirilir. Bu gün keçirilən tədbir BP şirkətinin rəqəmsallaşma strategiyası, uğurlu təcrübəsi, əldə etdiyi nailiyyətlərlə yaxından tanışlıq baxımından önəmlidir və  qabaqcıl təcrübənin öyrənilməsi müəssisələrimizdə rəqəmsallaşma siyasətinin formalaşması və tətbiqi üçün faydalı olacaq. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz şirkətin Azərbaycanla uğurla əməkdaşlıq etdiyini, rəqəmsallaşma sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıb.

O qeyd edib ki, rəqəmsallaşma və innovasiya BP-nin “xalis sıfır” hədəfinə doğru yeni strategiyasının və inteqrasiyalı enerji şirkətinə çevrilməsinin əsas tərkib hissəsidir: 

“Xəzər regionunda 30 ilə yaxın fəaliyyət göstərən bir şirkət kimi, biz Azərbaycan hökumətinin əsas biznes və sənaye istiqamətlərinin texnoloji transformasiyasını sürətləndirmək səylərini dəstəkləməkdən çox məmnunuq”. 

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin