2018-ci ilin payızında sənətşünaslıq üzrə tarixçi Con Riçardson ağır xəstələnib və növbəti ilin mart ayında 95 yaşında ölüb. O, rəssamların görkəmli əsərləri və taleləri ilə bağlı tərcümeyi-hallarını yadigar kimi saxlayıb.
Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, bu haqda informasiyanı “ABC News” nəşri yayıb.
Mənbə yazır ki, onun sağlığında ispaniyalı rəssam Pablo Ruiz Pikasso haqqında hazırladığı dördüncü kitabı çıxmayıb.
Kitabın redaktoru Şelli Vanger son müsahibəsində deyib ki, Riçardsonla birlikdə kitabın makina ilə yazılmış əlyazması üzərində işləyib.
Riçardsonun “Pikassonun həyatı: Minotavrın illəri” kitabı noyabrın 16-da işıq üzü görəcək. O, bu layihə üzərində 30 il çalışıb.
"Düşünürəm ki, bu, Pikassonun tərcümeyi-halının ən əhəmiyyətli hissəsidir". Pikassonun nəvəsi, FABA sənət fondunun həmsədri Bernar Ruiz Pikasso belə deyib.
"Onun digər rəssamlardan fərqli olaraq daha çox əsəri olub”, deyə Bernar yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:35 / 06.10.2021
Pikassonun ən dəqiq tərcümeyi-halı bu tarixdə çıxacaq – Nəvəsi danışdı
Hazırda oxunan: Pikassonun ən dəqiq tərcümeyi-halı bu tarixdə çıxacaq – Nəvəsi danışdı
Hazırda oxunan: Pikassonun ən dəqiq tərcümeyi-halı bu tarixdə çıxacaq – Nəvəsi danışdı
0:00
0:00
40349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.