Xəbər verdiyimiz kimi, oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.
Bizim.Media xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə “Facebook” hesabında paylaşım edib.
Nazir Sənaye Parkının təməlinin qoyulmasının Cəbrayılın işğaldan azad edilməsinin ildönümünə təsadüf etməsini arzuların gerçəkləşməsi kimi dəyərləndirib:
“Prezident İlham Əliyev tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayılda işğaldan azad edildiyi əlamətdar tarixdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlinin qoyulması böyük xoşbəxtlik və arzularımızın gerçəkləşməsidir. Yaşasın qüdrətli Azərbaycan!”, - deyə Mikayıl Cabbarov bildirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:31 / 06.10.2021
Mikayıl Cabbarovdan Sənaye Parkı ilə bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: Mikayıl Cabbarovdan Sənaye Parkı ilə bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: Mikayıl Cabbarovdan Sənaye Parkı ilə bağlı PAYLAŞIM - FOTO
40333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.