Səfir Qarabağda İsrail hərbçilərinin olması barədə məlumatları böyük axmaqlıq adlandırdı

Hazırda oxunan: Səfir Qarabağda İsrail hərbçilərinin olması barədə məlumatları böyük axmaqlıq adlandırdı

40299

“İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır, bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ria Novosti informasiya yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda İsrail “F-35”ləri var? – MN-dən ÖZƏL AÇIQLAMA


Bildirilir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirərkən deyib.

Səfir əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir: “Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin