Nazirlik klub sayını artıracaq? - NAZİRDƏN AÇIQLAMA

Hazırda oxunan: Nazirlik klub sayını artıracaq? - NAZİRDƏN AÇIQLAMA

40297

"Təqdimat zamanı jurnalistlər ən çox futboldan soruşdular. Bu da normaldır. Çünki futbol bir nömrədir. Biz də istərdik ki, millimiz Avropa və dünya çempionatında iştirak etsin".

Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "CBC Sport" telekanalında yayımlanan "Təkbətək" verilişində qonaq olarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Qayıbov: “FIG prezidentliyinə seçki kampaniyam davam edir” - FOTO 


Nazir bildirib ki, son illərdə yerli klublar - xüsusilə "Qarabağ" və "Neftçi" avrokuboklardakı nəticələri ilə azarkeşləri sevindirir:

"Amma istərdik ki, milli komandamız da final mərhələsində iştirak etsin. Bunu AFFA da istəyir. İşlər gedir. Orada da müəyyən çətinliklər var. Əsas məsələ Premyer Liqada komanda sayının azlığıdır.

Bu say artmalıdır. Milli assosiasiyada müzakirə etdiyimiz problemlərdən biri də bu oldu. Klublarımızın sayının artması futbolun inkişafında rol oynayacaq. Amma sistemin necə qurulması barədə düşünməli və qərar çıxarmalıyıq. Nazirlik bu işdə AFFA-ya kömək etməyə hazırdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin