Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayılda səfərində maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Dövlət başçısı səfər çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həmin görüşdə çıxış edən Əməkdar artist Yaqut Abdullayeva "dəmir yumruğ"u öpmək istədiyini deyib:
“Bir il ərzində mənim bir arzum var idi, sizin dəmir yumruğu öpüb, gözümün üstünə qoymaq. Xahiş edirəm, sözümü yerə salmayın”.
Prezident Yaqut xanımla qucaqlaşıb görüşsə də, Azərbaycan qadınına alicənablıqla yanaşıb, ona əlini öpməyə imkan verməyib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media