Tiflisdə yeni QALMAQAL: Gürcüstandakı diplomatların telefonları dinlənilib – DETALLAR

Hazırda oxunan: Tiflisdə yeni QALMAQAL: Gürcüstandakı diplomatların telefonları dinlənilib – DETALLAR

40194

Gürcüstanda akkreditə olunmuş diplomatların fikrincə, Dövlət Təhlükəsizliyi Xidməti onların telefon danışıqlarını dinləyir. Bununla bağlı səfirlər dərin narahatlıqlarını ifadə ediblər və məktub yazaraq Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə göndəriblər.

Bizim.Media “apsny.ge”yə istinadən xəbər verir ki, bu barədə informasiyanı Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzel "Twitter" səhifəsində yayıb.

"Görüşdə diplomatik korpus adından təhlükəsizlik xidmətlərinin 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına tamamilə zidd olan və Gürcüstanda normal diplomatik fəaliyyətə xələl gətirən telefon danışıqlarına qulaq asması ilə bağlı ciddi narahatlıq ifadə edildi", - məktubda deyilir.

Xatırladaq ki, sentyabrın 12-də Gürcüstan mediası 25 qiqabaytdan çox minlərlə mətn faylları, video və audio yazıları və fotoşəkilləri əldə edib.

Versiyalardan birinə görə, uzun illər bu məlumatlar Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən toplanıb.

Sənədlər arasında ruhanilərin, jurnalistlərin və diplomatların danışıqlarının dinlənildiyinə dair sübutlar var. Xüsusilə, Avropa Birliyi, Almaniya və İsrail səfirlərinin, eləcə də ABŞ-ın Tiflisdəki səfirliyinin əməkdaşlarının danışıqlarına qulaq asılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin