Braziliyanın Rio-Qrandi-du-Sul ştat çempionatında iştirak edən "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro hakimə hücum etdiyinə görə həbs olunub.
Bizim.Media xəbər verir ki, insident "Quarani" - "SK San Paulu" matçının 61-ci dəqiqəsində baş verib.
Futbolçu hakim Rodriqo Krivellaroya zərbələr endirib, zərbələr nəticəsində hakim huşunu itirib və xəstəxanaya çatdırılıb. Polis tərəfindən saxlanılan U.Ribeyroya qarşı ölümə cəhd ittihamı irəli sürülüb.
Bizim.Media