Sulutəpə dairəsində inşa olunan yol qovşağının inşası ilin sonunda təhvil veriləcək. Bunun Bizim.Media-ya açıqlamasında Anar Nəcəfli deyib.
O bildirib ki, qovşaq 2 yol ötürücüsündən ibarətdir. Hazırda əsas örücüdə işlər yekunlaşmaq üzrədir. Buna paralel olaraq köməkçi ötrücüdə də işlər aparılır.
Anar Nəcəfli əlavə edir ki, layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yollar da təmir olunacaq.
“Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək”.
Qeyd edək ki, yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:18 / 01.12.2020
Sulutəpə dairəsindəki yol qovşağının inşası yekunlaşır - RƏSMİ
Hazırda oxunan: Sulutəpə dairəsindəki yol qovşağının inşası yekunlaşır - RƏSMİ
Hazırda oxunan: Sulutəpə dairəsindəki yol qovşağının inşası yekunlaşır - RƏSMİ
4011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.