"İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordu Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi". 
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. 
“Bir daha demək istəyirəm ki, biz qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb. 
Bizim.Media

- A-
- A
- A+
Siyasət
							17:23 / 04.10.2021
							
						"Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmayıb" – İlham Əliyev
						
							
								Hazırda oxunan: "Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmayıb" – İlham Əliyev 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: "Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmayıb" – İlham Əliyev 							
						40092
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































