Kürdə batan şəxsin meyiti sudan ÇIXARILDI 

Hazırda oxunan: Kürdə batan şəxsin meyiti sudan ÇIXARILDI 

40088

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində aşkar edilən kişi meyitinin çıxarılması ilə bağlı müraciət daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. 

Həyata keçirilən tədbirlər nəticəsində 1991-ci il təvəllüdlü Musayev Mehdi Nazim oğlunun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin