Əlövsət Əliyev Gültəkin Hacıbəylinin cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalından danışdı

Hazırda oxunan: ƏlövsÉ™t Əliyev GültÉ™kin HacıbÉ™ylinin cinayÉ™t mÉ™suliyyÉ™tinÉ™ cÉ™lb edilmÉ™si ehtimalından danışdı

40084
Azərbaycan o ölkələrdəndir ki, əslində burada arıq heç nə insanı təəccübləndirməməlidir. Ölkənin məhkəmə və hüquq-mühafizə orqanları isə bu məsələdə öncül yerlərdən birini tutur. İnsanlar hüquqları pozulanda, cinayətkar əməllərlə üzləşəndə bu instansiyalarda ədalət axtarmağa tələsmir, anlayır ki, onu məhz pozulmuş hüququnun bərpası üçün etdiyi müraciətə görə peşman edə bilərlər. Bu barədə sonsuz nümunələr də gətirmək olar, gündəlik həyatımızda bu cür hallarla hamımız rastlaşdığımızdan oxucuları yormağa lüzum görmürük.
Ancaq indicə oxuculara təqdim edəcəyimiz mövzu nisbətən qeyri-adi olduğundan onun üzərində məxsusi olaraq dayanmağa ehtiyac var. Məsələ belədir ki, öən ilin 13 iyununda Daxili İşlər Naziriliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 28 yaşlı Filippin vətəndaşının əməyini istismar etdiyinə göə Aynurə Mehdiyeva adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində istintaqa başlanılması barədə adıçəkilən nazirliyin rəsmi saytı məlumat yaymışdı. Məsələ ilə bağlı ölkənin iqtidarlı-müxalifətli bütün KİV-ləri nazirliyin saytına istinadən bu məlumatı yaydı və sonradan digər informasiya resurslarında bu barədə çoxsaylı yazılar gedib və mətbuat bu məsələni gündəmdə saxlamağa çalışıb. Bir neçə dəfə də nazirlik rəsmiləri sorğulara cavab olaraq bildiriblər ki, istintaq davam edir və iş məhkəməyə göndəriləndə ictimaiyyət əlavə olaraq məlumatlandırılacaq. Yeri gəlmişkən, sonradan bəlli olanda ki, Aynurə Mehdiyeva keçmiş millət vəkili Gültəkin Hacıbəylinin keçmiş baldızı olub, bu məqam həmin mövzunu jurnalistlər üçün daha cəlbedici etdi və bu azmış kimi Gültəkin xanımla keçmiş həyat yoldaşının və elə adıçəkilən baldız arasındakı məhkəmə mübahisələrinin mövcudluğu hər zaman medianın gündəmində olub.
Ancaq üstündÉ™n 6 aydan çox vaxt keçmÉ™sinÉ™ baxmayaraq bu iÅŸdÉ™ hÉ™r hansı yeniliyin olmaması vÉ™ istintaqın yekunlaÅŸaraq mÉ™hkÉ™mÉ™yÉ™ göndÉ™rilmÉ™mÉ™si diqqÉ™ti cÉ™lb edir. Qeyd edÉ™k ki, ilk gündÉ™n AzÉ™rbaycan Miqrasiya MÉ™rkÉ™zinin rÉ™hbÉ™ri, ölkÉ™nin É™n mÉ™hÅŸur hüquqşünaslarından olan ƏlövsÉ™t Əliyev hÉ™min filippinli qadının hüquqlarının müdafiÉ™sini tÉ™mÉ™nnasız olaraq öz üzÉ™rinÉ™ götürüb vÉ™ hÉ™min qurumun vÉ™killÉ™ri dÉ™fÉ™lÉ™rlÉ™ DİN-in sığınacağına yerləşdirilmiÅŸ zÉ™rÉ™rçəkÉ™nlÉ™-filippinli qadınla görüşüblÉ™r. 
Ancaq indi Əlövsət Əliyev Moderator.az-a açıqlamasında bildirir ki, məsələ müəmmalı olaraq qalır: "Cinayət işini başa çatdırmırlar ki, Gültəkin Hacıbəylini məsuliyyətə cəlb edə bilsinlər. Amma cinayət işinə xitam da verə bilmirlər. Filippinli qız Bakıdadır və bu günlərdə yayılan məlumatlarda iddia olunduğu kimi ölkədən çıxarılmayıb. Amma görünür bu cinayət işini ona görə uzadırlar ki, həmin qadın da şikayətindən imtina etsin və ölkədən çıxıb getsin. Amma hələ ki, biz çalışırıq ki, bu kimi halların qarşısını alaq. Lakin bu işin necə olacağını hələ də dəqiqləşdirə bilmirik."
Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün nazirliyə etdiyimiz müraciətlər də hələlik cavabsız qalıb. Gələn həftənin əvvəlində yenə də nazirliyə müraciət edib istintaqın gedişi barədə əlavə məlumatlar almağa çalışacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin