“Bakı Metropoliteni” QSC-nin stansiyalarında gediş haqqının bank kartları ilə ödənilməsi üçün tədbirlər görüldüyü barədə məlumat yayılıb. Yerli mətbuatın bildirdiyinə görə "Bakı Kart" əmtəə nişanının sahibi olan "K Group" MMC Bakı metrosunda yenilik edəcək.
Hətta bunun üçün ilkin sınaq işlərinin aparıldığı da qeyd olunub.
Belə ki, stansiyalardakı turniketlərin proqram təminatı yeniləndikdən sonra yeni ödəniş sistemi tətbiq ediləcək. Bununla nəinki bank kartları, mobil telefon, "ağıllı" saat və üzüklər vasitəsi ilə də ödəniş etməyin mümkün olduğu deyilir. Xəbərdə işlərin ilin sonuna qədər yekunlaşdırılacağı da qeyd olunur.
Qəribə görünsə də “ağıllı” saat və üzüklə ödəniş sisteminin tətbiqi, sistemin reallaşacağının mümkünlüyü, eləcə də mexanizminin hansı şəkildə aparılacağı maraq doğurub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında yeni tətbiqdən xəbərsiz olduğunu vurğulayıb. Həmçinin onlarda bununla bağlı rəsmi məlumat olmadığını deyib.
Maraqlıdır, aidiyyəti qurum yeni tətbiqdən xəbərsizdirsə, Metropolitendə artıq işlərə başlanıldığı, hətta ilk sınaqların aparıldığı bildirilən tətbiqlə bağlı məlumat haradan qaynaqlanır?
Araşdırmamız davam edəcək...
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:27 / 04.10.2021
Bakı Metropolitenində nə BAŞ VERİR? – Qız evində toydur, oğlan evinin xəbəri yox...
Hazırda oxunan: Bakı Metropolitenində nə BAŞ VERİR? – Qız evində toydur, oğlan evinin xəbəri yox...
Hazırda oxunan: Bakı Metropolitenində nə BAŞ VERİR? – Qız evində toydur, oğlan evinin xəbəri yox...
40075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.