Azərbaycanın son iki sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Bizim.Media-nın məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırova (Bəhreyn) qalib gəlib.
O, 1/4 finalda Ceyms Qrini (ABŞ) də məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bayramov finala gedən yolda Məhəmmədmurad Hacıyev (Polşa) ilə üz-üzə gələcək.
97 kq-dakı İslam İlyasov 1/8 final mərhələsində Aleksandr Xuştinlə (Belarus) bacarmayıb.
Xuştin finala çıxsa, İlyasov sabah təsəlliverici görüşlərə qatılacaq. Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Bu gün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Omarhacı Məhəmmədovla (Belarus) qarşılaşacaq. Medal mübarizələri Bakı vaxtı ilə saat 20:00-da start başlanacaq.
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.
Bizim.media