Azərbaycanlı qadın Xarkovun meri ola bilər - FOTO

Hazırda oxunan: Azərbaycanlı qadın Xarkovun meri ola bilər - FOTO

40047

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov meri uğrunda keçiriləcək seçkilərdə yeganə qadın namizəd azərbaycanlı xanım olub. 

Bizim.Media xəbər verir ki, oktyabrın 30-da şəhər meri uğrunda keçiriləcək seçkilərdə Mustafayeva Alina Elman qızının da namizədliyi qeydə alınıb.  

29 yaşlı Alina Mustafayeva 2019-cu ildə Karazin adına Xarkov Milli Universitetinin tibb fakültəsini bitirib. Xarkovda fəal ictimai-siyasi xadim kimi tanınır. 2020-ci ildə hakim “Xalqın xidmətçisi” partiyasından Xarkov şəhər Şurasının deputatıdır. 

Xarkov merinə seçkilərdə namizədlərin qeydiyyatı sentyabrın 30-da başa çatıb. 13 nəfərin namizədliyi qeydə alınıb.  

Oktyabrın 8-də Mərkəzi Seçki Komissiyası namizədləri rəsmi elan edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin