Rusiya QƏRAR VERDİ – Avropaya Ukrayna üzərindən qaz verəcək

Hazırda oxunan: Rusiya QƏRAR VERDİ – Avropaya Ukrayna üzərindən qaz verəcək

40011

Avropada təbii qaz qiymətlərinin durmadan artdığı bir vaxtda Macarıstandan “Qoca qitə”yə xoş xəbərlər yayılıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Macarıstanın qaz ötürmə sisteminin operatoru “FGSZ” şirkətinin açıqlamasında bildirilib ki, Rusiya qazının Ukrayna üzərindən ölkəyə tranziti bazar günündən bərpa edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa və Rusiya arasında “qaz müharibəsi” başlana bilər? - ÇAĞIRIŞ 


“Qazprom”un açıqlamasında isə qeyd olunub ki, bu ilin sentyabr ayının 27-də “Qazprom” Macarıstanla 2036-cı ilin sonuna qədər qaz tədarükü ilə bağlı iki uzunmüddətli müqavilə imzalayıb. 

Rusiya şirkəti 15 il ərzində 3,5 milyard kubmetr qaz Serbiyadan, 1 milyard kubmetr Avstriyadan keçməklə Macarıstana ildə 4,5 milyard kubmetr qaz satacaq.

Müqavilə oktyabrın 1-dən qüvvəyə minib. Həmin axşam “Qazprom” “Türk axını” boru kəməri ilə Macarıstan və Xorvatiyaya qaz vurmağa başladı.


Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, Macarıstanın qərarına təəccüblənib və məyus olublar. 

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin