Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” hesabında bildirilib.
“Bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərinə, münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrinə hücum edərək humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmasından bir il ötür. Günahsız qurbanları kədər və ağrı ilə anırıq!”, - qeyd olunub.
Xatırladaq ki, ötən il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilməsi nəticəsində 1 mülki şəxs həlak olub, 30-dan çox mülki şəxs yaralanıb.
Bizim.Media
Today a year has passed since #Armenia grossly violated all principles of humanitarian law by attacking the #Ganja city ??, the civilian settlements located beyond the conflict zone.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 4, 2021
Remembering the innocent #victims with sorrow & pain!#ArmenianWarCrimes#ArmenianAggression pic.twitter.com/agige1tNDv