2021-ci ildə 235 milyon insan yardıma möhtac qalacaq

Hazırda oxunan: 2021-ci ildə 235 milyon insan yardıma möhtac qalacaq

4000

Birləşmiş Millətlər Təşkilatı koronavirus səbəbilə dünyada yardıma ehtiyacı olan insanların sayının yüzdə 40 faiz artdığını açıqlayıb.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Təşkilat bu ehtiyacı qarşılamaqdan ötrü 35 milyard dollar yardım toplamaq üçün çağırış edib.

BMT Baş katibinin Humanitar işlər üzrə müavini Mark Lovkokun sözlərinə görə, COVİD-19 müdafiəsiz və heç bir qoruma tədbiri almayan ölkələrdə böyük dağıntı yaradıb.

BMT 2021-ci ildə dünyada 235 milyon insanın aclıq, savaş, iqlim dəyişikliyi və koronavirusla bağlı yardıma ehtiyacı olacağını təxmin edir.

160 milyon insanı və 56 ölkəni əhatə edən plan hazırladıqlarını bildirən Lovkok deyib ki, yardıma ehtiyacı olanların üçdə ikisinə köməklik göstərmək əsas hədəfimizdir:

“Geriyə qalanlarına isə Qızıl Xaç və digər bənzər təşkilatlar yardım edəcək. Bu il yardım üçün 17 milyard dollar toplanıb və ehtiyacı olan əhalinin yüzdə 70-nə çatdırılıb. Əsas hədəflər Yəmən, Əfqanıstan, Nigeriya, Sudan, Konqo və Burkina Faso kimi ölkələrdə aclığın qarşısının alınmasıdır”.

Lovkok ən böyük aclıq təhlükəsinin Yəməndə olacağını ehtimal edib və səbəbini belə açıqlayıb:

“2018 və 2019-cu illərdə Yəmənə böyük yardımlar göstərən bəzi önəmli ölkələr  2020-də bundan imtina edib. Bu ölkələr Körfəz ölkələridir”.

Ağanisə Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin