“Liverpul” - “Mançester Siti” oyununda 4 qol vuruldu

Hazırda oxunan: “Liverpul” - “Mançester Siti” oyununda 4 qol vuruldu

39967

Oktyabrın 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 7-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Bizim.Media xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşdə iki əzəli rəqib - “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəlib.
 

Oyunda hesabı meydan sahibləri matçın 59-cü dəqiqəsində açıb. Sadio Mane Məhəmməd Salahın ötürməsini qola çevirib - 1:0.


Oyunun 69-cı dəqiqəsində “Mançester Siti” hesaba tarazlıq gətirib. Phil Fodenin cinahdan uzaq küncə vurduğu zərbə dəqiq olub - 1:1.

Qarşılaşmanın 76-cı dəqiqəsində “Liverpul” yenidən hesabda önə çıxıb. Bu dəfə Məhəmməd Salah özü fərqlənib.
 

Bu da oyunda son qol olmayıb. Görüşün 81-ci dəqiqəsində Mançester təmsilçisi yenidən hesabı bərabərləşdirib. Komandanın lideri Kevin de Brüyne komandasını məğlubiyyətdən xilas edib - 2:2. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.


Bu nəticədən sonra 15 xalı olan “Liverpul” ikinci, “Mançester Siti” isə 14 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti turda “Mançester Siti” öz meydanında “Börnli”, “Liverpul” isə səfərdə “Vatford” klubu ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin