Azərbaycan hərbçiləri Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsindən keçən Ermənistan və İran maşınlarına daha bir məhdudiyyət qoyub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Ermənistanın “Hraparak” qəzetinin səhifələrində yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Qafan-Gorus yolunda Ermənistan və İran maşınlarına daha bir QADAĞA - DETALLAR
Mənbə yazır ki, yeni qadağaya əsasən, Ermənistan və İrandan gələn maşınlar yalnız gündüz saatlarında və bir saatdan bir buraxılır.
Bizim.Media