II Elizabetin sarayından oğurlanan əşyalar eBay-da satıldı - Bukengem oğrusu kimdir?

Hazırda oxunan: II Elizabetin sarayından oğurlanan əşyalar eBay-da satıldı - Bukengem oğrusu kimdir?

3992

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabetin qulluqçusu Bukengem Sarayından əşyalar oğurladığına görə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Yazıda qeyd edilib ki, sarayının qiymətli əşyalarını oğurlamaqda şübhəli bilinərək saxlanılan kral işçisi cinayəti boynuna alıb:

“Avqust ayında London polisi 37 yaşlı kral işçisi Adamo Kantonu saxlayıb. O, kraliça II Elizabetin  iqamətgahından 100.000 funt sterlinq dəyərində bir neçə əşya oğurlayıb. Bəzilərini eBay-da satıb”.



Məlumata görə, hakim  Kantonu xüsusi girov müqabilində sərbəst buraxıb və hökm çıxarmaq üçün işi başqa məhkəməyə göndərib. Ona həbs cəzası ilə bağlı xəbərdarlıq edilib.

Kantonun oğurladığı əşyalar arasında kral sarayının başçısı Entoni Conston Bertə və 2007-2010-cu illərdə kral sarayında çalışan Metyu Sayksa məxsus  medallar var.



Bundan əlavə, Kanto Şahzadə Uilyam və Keyt  Middltonun imzalı şəkillərini və ABŞ Prezidenti Donald Trampın səfərinin yer adığı kral dövlət qəbulunun foto albomunun da oğurlayıb. O, Saray dükanından əşyalar götürdüyünü də etiraf edib.

Bukingem Sarayı  isə hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin