Azərbaycanda elektron səsvermənin tətbiqi nəzərdə tutulur

Hazırda oxunan: Azərbaycanda elektron səsvermənin tətbiqi nəzərdə tutulur

39856

“Gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdə tutulur”. 

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov deyib. 

Onun sözlərinə görə, ölkədə keçirilən seçkilərdə innovativ vasitələrin tətbiqindən heç vaxt çəkinilməyib:

“Bu günə qədər seçkilərdə innovativ həllərdən ilk olaraq Azərbaycanda istifadə edilib. Seçki məntəqələrində videokameraların quraşdırılması ilk dəfə Azərbaycanda tətbiq olundu. Daha sonra bu təcrübədən Rusiya və Gürcüstan da yararlandı”. 

MSK üzvü qeyd edib ki, hər bir ölkənin öz inkişaf ənənələri var:

“Buna müvafiq olaraq, gələcəkdə Azərbaycanda da elektron səsvermənin tətbiqi nəzərdən keçiriləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin