BMT-nin proqnozuna görə, 2050-ci ilə qədər Azərbaycanda həm cavanların, həm də yaşlıların, yəni istehlakçıların sayı artacaq, iqtisadi fəal təbəqənin üzərinə böyük yük düşəcək.
Bu baxımdan da işsizlik səviyyəsi azaldılmalı, iş yerlərinin sayı artırılmalıdır.
Bəs, indi durum necədir? Azərbaycanda nə qədər işləyən əhali və nə qədər işsiz var?
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il sentyabrın 1-i vəziyyətinə əsasən ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 294,6 min nəfər olub, onlardan 4 milyon 965,4 min nəfərini məşğul əhali təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
Oktyabrın 18-də Ermənistan Ədalət Məhkəməsi qarşısına ÇIXARILACAQ
Statistka Komitəsi öz rəsmi məlumatında işsiz əhali sayı ilə bağlı rəqəm təqdim etmir. Lakin bunu hesablamaq heç də çətin deyil.
İqtisadi fəal əhali sayından məşğul əhalinin çıxsaq, işsizlik sayı ilə bağlı rəqəm ortaya çıxacaq. 5 milyon 264,6 min – 4 milyon 965,4 min = 329,2 min nəfər.
Belə çıxır ki, Azərbaycanda işsizlik səviyyəsi ilə bağlı indiki halda narahat olmağa dəymir.
Məsələnin əsli ilə başqadır. Dövlət son illərdə “kölgə iqtisdiyyatı”-nın səviyyəsini endirməyə nail olmağa çalışsa da, hələ də Azərbaycan iqtisadiyyatında bu problem mövcuddur.
Bu baxımdan da Statistika Komitəsinin ölkədə nə qədər vergi ödəməyən işçinin olmasını müəyyənləşdirməsi demək olar ki, qeyri-mümkündür.
Qeyd edək ki, ölkədə məşğul əhali 4 milyon 965,4 min sayılsa da onlardan cəmi 1 milyon 689,7 min nəfər muzdla çalışanlardır. Muzdla çalışanlardan dövlət sektorunun işçilərinin sayı 905,4 min nəfər, qeyri-dövlət sektorunda isə 784,3 min nəfərdir.
Məşğul sayılan 3 milyon 275,7 min nəfər isə “kölgə iqtisadiyyatı”-nın payına düşür ki, bunun da qeyd etdiyimiz kimi dəqiq hesablanması mümkün deyil. Ötən il sərt karantin müddətidə Azərbaycanda işsiz sayının təqdim olunan rəqəmlərdən dəfələrlə çox olduğu ortaya çıxardı.
Bu baxımdan da 2050-ci ilə çoxalacaq istehlakçıların tələblərinin ödənilməsi üçün ölkəmizdə yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı əsas prioritetə çevrilir.
Onu da qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsinə dair ilkin göstəricilərdə, eləcə də 2025-ci ilə qədər nəzərdə tutulan proqnozlarda Azərbaycanda bu istiqamətlər əsas götürülüb.
Xatirə Nəsirli, Bizim.Media