Düşmənin 5 zirehli texnikası məhv edilib - 6-cı günün XRONİKASI

Hazırda oxunan: Düşmənin 5 zirehli texnikası məhv edilib - 6-cı günün XRONİKASI

39776

2020-ci il oktyabrın 2-də cəbhədə şiddətli döyüşlər davam edib.

Bizim.Media xəbər verir ki, 44 günlük savaşın 6-cı günündə də Azərbaycan ordusu irəliləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Oktyabrın 18-də Ermənistan Ədalət Məhkəməsi qarşısına ÇIXARILACAQ


Düşmən ordusu ciddi itkilər verib:

1. Saat 00:00-dan 07:00-dək ermənilərin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti, xeyli sayda şəxsi heyəti məhv edilir.

2. Düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin əski parçası külə dönür.

3. Erməni tanklarının məhv olunması görüntüləri yayılır.

4. Qoşunlarımız Suqovuşan istiqamətindəki yüksəklikləri azad edir.

5. Geri çəkilməyə məcbur qalan ermənilərin 6-cı dağatıcı alayının əsgərləri arasına düşən panika bir-birilə silahlı atışmalara səbəb olur.

6. Ermənistan Müdafiə Nazirliyi məcbur qalıb qadın batalyonu yaradır.

7. Ermənilər Cəbrayıl-Füzuli istiqamətində geri çəkilirlər.

8. Murov dağı istiqamətində əməliyyat şəraiti qoşunlarımızın nəzarətində olub.

Qeyd edək ki, ötən il oktyabrın 2-də Azərbaycan ordusu irəliləyərək yeni dayaq məntəqələri azad edir, ərazi düşməndən təmizlənir. Laçında Həkəri çayı üzərindəki körpü məhv edilir. Bununla da Ermənistanı separatçılarla bağlayan yol qapanır. Müharibənin 6-cı günündə uğurlu döyüş əməliyyatlarını sadalamaqla bitmir. 

Digər hadisələrə gəlincə....

- Düşmənin təxribatları davam edir. Müxtəlif ölkə kodlu nömrələrdən zəng edərək Azərbaycan dilində yalan məlumatlar yayırlar ki, əhali arasında panika yaratsınlar. 

- Ermənilər yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Şəmkirin Sabirkənd ərazisinə raket atılır. Ağdamın Quzanlı kəndi də artilleriya atəşlərinə məruz qalır. Bərdə və Tovuzun yaşayış məntəqələri də hədəf olur. 

- Axşam saatlarında ermənilər Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsi və Bərdənin Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur. 

- Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlıqlarına rəğmən ermənilər Ağdamın kəndlərini də nişan alır.

- Ərazilərimizin Gorusdan atəşə tutulduğu deyilir.

- Prezident İlham Əliyev "Əl Cəzirə" kanalına müsahibə verib:

"Bu mübarizədə qardaş Pakistan və qardaş Türkiyənin Azərbaycana verdiyi dəstək çox əhəmiyyətli və danılmazdır".

Qeyd edək ki, ordumuzda ruh yüksəkliyi pik həddə olub. Bunu yayılan videolar da təsdiqləyir. Orduya könüllü axını davam edir. 

Həmin gün şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyirik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin