Zelenskidən və Dövlət Departamentindən Saakaşvilinin saxlanılmasına REAKSİYA

Hazırda oxunan: Zelenskidən və Dövlət Departamentindən Saakaşvilinin saxlanılmasına REAKSİYA

39754

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin saxlanılması ilə bağlı narahatlıq keçirir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi dövlət başçısının mətbuat katibi Sergey Nikiforova istinadən yayıb.

"Ukraynanın Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin həbsi ilə bağlı xəbərləri yaxından izləyirik.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan prezidenti: “Saakaşvilini heç vaxt əfv etməyəcəyəm”


Prezident Vladimir Zelenski bu cür xəbərlərdən və Gürcüstanda mümkün inkişafla bağlı eşidilən fikirlərin tonundan narahatdır.

Ukrayna öz vətəndaşı ilə bağlı bu addımın bütün şərtlərinin və səbəblərinin izahı üçün Gürcüstan tərəfinə müraciət edib. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də Saakaşvilinin saxlanılması ilə bağlı rəsmi məlumat almayıb ", - Nikiforov Facebook -da yazıb.

O əlavə edib ki, Ukrayna konsulları Saakaşviliyə "bütün lazımi köməkləri" göstərməyə çalışırlar. ABŞ Dövlət Departamenti də Saakaşvilinin saxlanılmasına reaksiya verib:

“Saakaşvilinin tutulması ilə bağlı vəziyyəti yaxından izləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin