Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu belə çəkilir - FOTO

Hazırda oxunan: Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu belə çəkilir - FOTO

39731

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur.

Bizim.Media xəbər verir ki, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır.

Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilanı Naxçıvanla birləşdirən yolun inşası necə gedir? - FOTO


Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Sözügedən avtomobil yolu boyunca torpaq işləri və suni qurğuların inşası aparılır. Yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının inşası davam etdirilir.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin