Kiyev Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin vətəninə geri dönməsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Saakaşvili tərəfindən qurulan Ukraynanın “Sadə Qərarlar və Nəticələr İdarəsi” ictimai təşkilatının rəhbəri Maria Barabaş söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili Gürcüstanda deyil – RƏSMİ AÇIQLAMA
“Mixeil Saakaşvili sentyabrın 30 -da Kiyevdən ayrıldı və hazırda Gürcüstandadır”,- deyə təşkilatdan bildirilib.
Qeyd edək ki, bu gün səhər Saakaşvili, artıq vətəndə olduğunu bildirərək, Facebook vasitəsi ilə Gürcüstana sabahın xeyir diləyib.
Vahid Milli Hərəkat partiyasındakı tərəfdaşları bu məlumatı təsdiqləyiblər. Gürcüstan hakimiyyəti isə bunun saxta xəbər olduğunu və Saakaşvilinin Gürcüstanda olmadığını deyiblər. Gürcüstan Daxili İşlər Nazirliyi də Saakaşvilinin Gürcüstan sərhədini rəsmi keçmədiyini bildirib.
Bizim.Media